Mass Effect

Mass Effect
Seriyanın 2017-ci ildən bəri loqosu
Janrlar
Yaradıcılar
Nəşrçilər
  • Microsoft Game Studios (2007)
  • Electronic Arts (2008–h.h.)
Müəlliflər
Platformalar
İlk buraxılışMass Effect
20 noyabr 2007
Son buraxılışMass Effect Legendary Edition
14 may 2021

Mass Effect (azərb. Kütlə təsiri‎) — Keysi Hadson, Dryu Karpişin və Preston Vatamanyuk tərəfindən yaradılan elmi fantastika media franşizası. Franşiza bəşəriyyətin və bir neçə yadplanetli sivilizasiyanın inkişaf etmiş əvvəlki bir sivilizasiyasının geridə qoyduğu texnologiyadan istifadə edərək Süd yolu qalaktikasını kolonizasiya etdiyi bir alternativ kainatı təsvir edir.

Franşizanın əsası "BioWare" tərəfindən inkişaf etdirilmiş və "Electronic Arts" tərəfindən yayımlanmış bir sıra videooyun ilə qoyulur. Seriyanın hər bir epizodu rol oyunu elementlərinə malik üçüncü şəxs atıcıdır. İlk üç epizodu oyunçu personaj olan Komandir Şepardın qalaktikanı "oraqçılar" adlanan qədim, qışlayan maşınlardan ibarət bir irqdən qurtarmağa çalışdığı bir trilogiya təşkil edir. Seriyanın ilk videooyunu olan "Mass Effect" (2007) Şepardın oraqçıların agentlərindən olan Saren Arterius haqqında apardığı istintaqı təsvir edir. "Mass Effect 2" (2010) birinci epizoddan iki il sonrakı kainatda cərəyan edir və Şepard ilə qüvvələrinin oraqçıların geri qaytarılmasını asanlaşdırmaq üçün insan koloniyalarını qaçıran yadplanetli "kollektorlar" irqi ilə apardığı mübarizəni təsvir edir. Orijinal trilogiyanın son epizodu olan "Mass Effect 3" (2012) oraqçılar ilə qalaktikanın qalan hissəsi arasındakı müharibəni təsvir edir. Dördüncü oyun olan "Mass Effect: Andromeda" (2017) yeni bir mövzuya və personajlara sahibdir. Seriyanın beşinci oyunu üzərində hal-hazırda aktiv iş gedir.

Orijinal trilogiya kommersiya uğuru qazanmış, həmçinin böyük bir qrup tərəfindən bəyənilmişdir. Tənqidçilər oyunun hekayəsini, personajlarını, səs aktyorluğunu, oyundaxili kainatını və oyunçu seçiminə vurğusunu yüksək qiymətləndirmişdir. "Mass Effect 3" videooyununun sonluğu trilogiya üçün qənaətbəxş olmayan bir sonluq hesab edilərək geniş şəkildə tənqid edilişmiş, "Electronic Arts" isə əlavə səhnəciklər yayımlamağa vadar olmuşdur. "Mass Effect: Andromeda" tənqidçilər arasında qarışıq formada qarşılanmışdır. Oyunun təriflənən aspektləri onun vizualları və döyüş sistemi idi, lakin onun texniki problemləri və süjeti tənqid edilmişdir.

Seriya eynicinsli romantik münasibətləricinsi azlıqları təmsil etdiyinə görə diqqət çəkmiş və müzakirələrə səbəb olmuşdur. "Mass Effect" həm də tərkibində dialoq çarxı olan ilk videooyun hesab edilir. Bu, oyunçulara bir sıra seçimlər təqdim edərək dialoqları dinamik şəkildə idarə etməyə imkan verən dialoq ağaclarına bənzər bir mexanizmdir. Bu sistem sonradan digər rol videooyunlarında da geniş istifadə olunmuşdur. Videooyun seriyasının müvəffəqiyyəti romankomikslər də daxil olmaqla genişləndirilmiş kainatın yaranmasına gətirib çıxarmışdır.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search